...

İlham Əliyev Qubada Nizami adına parkda yenidənqurma işləri ilə tanış olub, Şahmat Məktəbinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 24 Sentyabr 2011 15:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Quba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub, Şahmat Məktəbinin açılışında iştirak edib.
İlham Əliyev Qubada Nizami adına parkda yenidənqurma işləri ilə tanış olub, Şahmat Məktəbinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Quba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub, Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə şəhərin Səməd Vurğun və Qasım İsmayılov küçələrinin kəsişməsində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Parkın ərazisini gəzən Prezident İlham Əliyevə burada aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda ictimai iaşə və sosial obyektlərin yenidən qurulması və fasad hissələrinin plitələrlə üzlənməsi işləri görülüb. Parkın ərazisinə daxil olan və Quba şəhəri ilə Qırmızı Qəsəbəni birləşdirən pilləkən kompleksi yenidən qurulub, əraziyə daxil olmaq üçün iki giriş qapısı inşa edilmiş və həmin qapılar ağlay materialı ilə üzlənib. Parkın yenidən qurulması ilə əlaqədar 3,5 min kvadratmetr sahəyə tamet plitə döşənib, 800 kvadratmetrlik yaşıllıq sahəsi salınıb, açıq havada xalqımızın görkəmli şəxsiyyətlərinin heykəllərindən ibarət "Şəxsiyyətlər muzeyi" yaradılıb. Burada, həmçinin Nizami Gəncəvinin əsərlərinin reproduksiyası əsasında 16 panno, yeni işıqlandırma və suvarma sistemləri qurulub.

Qeyd edildi ki, Şahmat Məktəbinin fasadı üzlük ağlay daşları və şəbəkə ilə üzlənib, parkın ərazisində hündürlüyü 18 metr olan qala yaradılıb. Qalanın üzərində 12 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Ərazisi 2,25 hektar olan Nizami adına mədəniyyət və istirahət parkında yerləşən birmərtəbəli Şahmat Məktəbinin köhnə binası sökülmüş, yerində müasir tələblərə cavab verən ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli yeni bina inşa edilib.

Prezident İlham Əliyev Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Top fiquru formasında inşa olunan Şahmat Məktəbinin binası parka xüsusi gözəllik verir. 2010-cu ilin aprel ayından inşasına başlanılan məktəbin birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə şahmatın inkişafına və şahmatçılara göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb. Burada 1983-cü ildə fəaliyyətə başlayan Quba Şahmat Məktəbinin və onun yetirmələrinin əldə etdikləri nailiyyətlər, kubok və diplomlar nümayiş olunur.

Məktəbin birinci mərtəbəsində kompyuter salonu və 6 məşğələ otağı fəaliyyət göstərir. Bütün otaqlar simsiz internet şəbəkəsi ilə təmin edilib. İkinci mərtəbədə 300-350 idmançının eyni vaxtda mübarizə apara biləcəyi zal var. Zalda keçirilən yarışları monitorlar vasitəsilə də izləmək mümkündür. Burada məşğələ otaqları və inzibati otaqlar yerləşir.

Diqqətə çatdırıldı ki, Quba Şahmat Məktəbinin rayondakı 11 ümumtəhsil məktəbində nümayəndəlikləri də fəaliyyət göstərir. İdmanın bu növünün rayonda inkişafı əldə edilən uğurlu nəticələrdə də öz əksini tapır.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti