...

Azərbaycan və Gürcüstan XIN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 25 Sentyabr 2011 13:24 (UTC +04:00)
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın dərinləşməsinə hazır olduqlarını bəyan ediblər.
Azərbaycan və Gürcüstan XIN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Gürcüstan, Tbilisi, 25 sentyabr /Trend, müxbir N.Kircxaliya/
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri ikitərəfli əməkdaşlığın dərinləşməsinə hazır olduqlarını bəyan ediblər. Bu barədə Trend-ə Gürcüstan XİN-dən bildiriblər.
Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze və Azərbaycan naziri Elmar Məmmədyarov arasında görüş Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində keçirilib.
"Tərəflər Gürcüstan-Azərbaycan münasibətləri geniş darədə müzakirə ediblər. İkitərəfli iqtisadi və siyasi əlaqələr, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində hərtərəfli əməkdaşlıq müzakirə mövzusu olub", - Trend-ə Gürcüstan XİN-dən bildiriblər.

Xəbər lenti

Xəbər lenti