...

Azərbaycan Prezidenti Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul edib

Siyasət Materials 25 Sentyabr 2011 20:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul edib.
Azərbaycan Prezidenti Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul edib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini qəbul edib. Trend-in məlumatına görə, Boks üzrə Dünya çempionatının ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı çempionatın uğurlu olacağına əminliyini ifadə edib. Çempionata hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə təcrübəsi olduğunu vurğulayıb. Bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev tədbiri ölkəmizlə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Bundan əvvəl yeniyetmələr və gənclər arasında dünya çempionatlarının Bakıda təşkil olunduğunun əhəmiyyətini vurğulayan Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Olimpiya oyunlarına lisenziya verən Boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd edib və bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırıb. O, Azərbaycan Olimpiya Komitəsinin prezidenti kimi ölkəmizdə idmana, o cümlədən idmanın boks növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Dövlətimizin başçısı Azərbaycan boksçularına göstərilən dəstəyə görə Beynəlxalq Boks Assosiasiyasına təşəkkürünü bildirib. Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına hər cür şəraitin yaradıldığını vurğulayıb. Gənclər arasında keçirilən Olimpiya oyunlarında Azərbaycanın boksçularının uğurlu çıxış etdiklərini xatırlayan dövlətimizin başçısı boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin idmanın bu növünə olan marağın daha da artacağına əminliyini bildirib.

Görüşdən sonra xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti