...

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya işi aktiv davam edir - Gürcüstan XİN

Siyasət Materials 26 Sentyabr 2011 15:25 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı vəziyyət ilin əvvəlindən dəyişməz qalır.
Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya işi aktiv davam edir - Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 26 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı vəziyyət ilin əvvəlindən dəyişməz qalır. Trend-in məlumatına görə, bunu bazar ertəsi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya deyib.

Onun sözlərinə görə, 450 kilometr uzunluğundakı sərhədin 160 kilometrinin razılaşdırılması işi qalıb.

"Bunlar sərhədin bir az mübahisəli hissələridir ki, onlara dair konsensus tapmaq lazımdır. Bunun üçün hər iki tərəfdən delimitasiya komissiyaları təşkil olunub", - o qeyd edib.

Calaqaniya komissiyanın işini "sağlam iş prosesi" adlandırıb.

Onun fikrincə, bu istiqamətdə iş aktiv aparılır. Həmçinin, nazir müavini ümid etdiyini bildirib ki, tezliklə nəticəni "rəqəmlərdə" görmək olacaq.

Calaqaniya iki ölkə arasında sərhədin delimitasiyası üzrə Gürcüstan komissiyasının rəhbəridir.

Xəbər lenti

Xəbər lenti