...

Prezident Administrasiyası: "Wikileaks"də şəxsi mülahizələr əsasında qurulan yazışmalara ciddi yanaşmağa ehtiyac yoxdur

Siyasət Materials 27 Sentyabr 2011 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

"Wikileaks"də müəyyən insanların şəxsi mülahizələri əsasında qurulan bu yazışmalara ciddi yanaşmağa ehtiyac yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Wikileaks" saytında Azərbaycanla bağlı verilən məlumatlarla əlaqədar artıq Prezident Administrasiyasının rəhbəri və şöbə müdirləri dəfələrlə öz fikirlərini bildiriblər. Müəyyən insanların şəxsi mülahizələri əsasında qurulan bu yazışmalara ciddi yanaşmağa ehtiyac yoxdur", - Aslanov bildirib.

Onun sözlərinə görə, "Wikileaks"də əksər halllarda həqiqətdən uzaq olan məlumatların yayılması sadəcə təəssüf doğurur.

"Çünki böyük dövlətlərin qeyri-ciddi yazışmalara əsaslanıb fikir irəli sürməsi səmərəli şəkildə siyasət aparılmasının nümunəsi deyil", - PA rəsmisi deyib.

Xəbər lenti

Xəbər lenti