Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/
BMT-də müəyyən islahatların aparılması və Təhlükəsizlik Şurasının beş daimi üzvü sisteminin ləğv edilməsi vacibdir. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "TİME" jurnalına müsahibəsində bildirib. Trend-in məlumatına görə, xəbəri "Hürriyət" qəzeti yayıb.
"BMT TŞ-nin beş daimi üzvlüyü məqsədəuyğun deyil, çünki bütün dünyanın taleyi məhz onların qərarından asılıdır", - Ərdoğan deyib.
Baş nazir onu da bildirib ki, Türkiyə ilə ABŞ arasındakı münasibətlər stabildir və heç bir böhran yaşamır, lakin "bizim istədiyimizdən daha az" yaxşılaşır.