...

Azərbaycana qarşı yönələn təzyiqlər müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsi ilə edilir - komitə sədri

Siyasət Materials 29 Sentyabr 2011 14:02 (UTC +04:00)
Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir.
Azərbaycana qarşı yönələn təzyiqlər müəyyən beynəlxalq qeyri-hökumət təşkilatların vasitəsi ilə edilir - komitə sədri

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır.

"Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir.
Əlbəttə, bu siyasət normal əməkldaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır", - Komitə sədri deyib.

Hüseynli bildirib ki, bu xarici qüvvələr Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edir.

O qeyd edib ki, ölkəmizə qarşı yönələn bu addımlar müəyyən beynəlxalq qeyri-hökumət təşkilatlarının vasitəsi ilə atılır.

"Bu mənada ölkəmizdə mülkiyyət hüququ ilə bağlı son vaxtlar səslənən fikirlər, eləcə də, Azərbaycan tərəfinin, guya Beynəlxalq Boks Federasiyasına rüşvət verməsi kimi iddialar bu siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın artan imicinə zərbə endirmək cəhdləridir və erməni lobbisi tərəfindən dəstəklənən xarici qüvvələrin işidir", - Hüseynli deyib.

Millət vəkili Azərbaycanın müstəqilliyinə heç bir təhdid olmadığını, ölkəmizin, o cümlədən iqtisadiyyatımızın çox güclü olduğunu vurğulayıb.

"Bu qüvvələrin yalnız buna imkanı çatır ki, hansısa formada Azərbaycanın demokratik inkişafına, insan hüquqları sahəsində vəziyyətə, bir sözlə ölkəmizin təmiz imicinə zərər gətirsinlər. Lakin bütün bunlar bizi tutduğumuz yoldan döndərə bilməz", - Komitə sədri deyib.

Xəbər lenti

Xəbər lenti