...

Azərbaycanda boş qalan bələdiyyə yerlərinə seçkilərdə iştirak etmək istəyənlərin müraciət vaxtı açıqlanıb

Siyasət Materials 30 Sentyabr 2011 10:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda boş qalan bələdiyyə yerlərinə seçkilərdə iştirak etmək istəyən şəxslər oktyabrın 11-dən 31-i saat 18:00-dək namizədliklərinin qeydə alınması üçün seçki sənədlərini və ilkin maliyyə hesabatını dairə seçki komissiyasına təqdim etməlidirlər. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

Seçkiqabağı təşviqatın aparılmasına noyabrın 7-də başlanacaq və noyabrın 29-da saat 8:00-da dayandırılacaq.

Azərbaycanda boş qalan bələdiyyə yerlərinə seçkilər noyabrın 30-da keçiriləcək.

1718 bələdiyyə üzrə seçkilər keçirilib. 1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib.

Ümumilikdə 330 bələdiyyə üzrə 460 bələdiyyə yeri boşalıb.

Xəbər lenti

Xəbər lenti