...

Milli Məclisin payız sessiyası işinə başlayıb

Siyasət Materials 30 Sentyabr 2011 12:01 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin payız sessiyası cümə günü öz işinə başlayıb. Trend-in məlumatına görə, sessiya Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan edilib.
Milli Məclisin payız sessiyası işinə başlayıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin payız sessiyası cümə günü öz işinə başlayıb. Trend-in məlumatına görə, sessiya Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan edilib.

Spiker Oqtay Əsədov çıxışında bildirib ki, payız sessiyası Milli Məclisin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacaq.

Payız sessiyasının ilk plenar iclasında gündəliyə 27 məsələ salınıb.

Ümumilikdə Milli Məclisinin payız sessiyası ərzində "Hərbi vəzifə və hərbi xidmət haqqında",

"Şəhərsalma və tikinti məcəlləsi", "Təhsil krediti haqqında", "Ali təhsil haqqında", "Pasientin hüquqları haqqında", Mədəniyyət haqqında", "Muğam sənəti haqqında", "Bələdiyyələrin hesabatı haqqında" qanun layihələri parlamentin 1-ci oxunuşuna təqdim olunacaq. Həmçinin sessiya zamanı "Kənd təsərrüfatı kooperasiyası" haqqında qanun layihəsinin 2-ci, "Rəqabət məcəlləsi" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunması haqqında" qanun layihələrinin üçüncü oxunuşda müzakirəyə çıxarılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti