...

Birinci xanım Mehriban Əliyeva Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olub (FOTO)

Siyasət Materials 30 Sentyabr 2011 20:51 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri çərçivəsində sentyabrın 30-da Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda olub.
Birinci xanım Mehriban Əliyeva Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda və Azərbaycanın Almaniyadakı səfirliyində olub (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri çərçivəsində sentyabrın 30-da Berlindəki "Berlin-Baku-Galeri" sərgi salonunda olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bakıdakı "Qız qalası" rəsm qalereyasının direktoru Emin Məmmədov "Berlin-Baku-Galeri" sərgi salonunun fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib.

Azərbaycanın birinci xanımı "Berlin-Baku-Galeri" salonunun rəhbəri, tanınmış rəssam İbrahim Əhrari ilə görüşüb.

Məlumat verilib ki, 2007-ci ildən fəaliyyət göstərən bu qalereya Bakıdakı "Qız qalası" rəsm qalereyasının Berlindəki filialıdır. İndiyədək burada 62 Azərbaycan, 46 alman rəssamının sərgisi keçirilib. Açılışından bəri qalereyada 43 sərgi, bu ilin ötən dövründə isə 12 sərgi təşkil olunub. Hazırda qalereyada alman rəssamı İnqa Şmitin və Azərbaycan rəssamı Əli İbadullayevin rəsm əsərləri sərgilənir. Bu qalereya, həmçinin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra Mehriban xanım Əliyeva Azərbaycanın Almaniyadakı səfirliyinə gəlib.

Səfir Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib. Qeyd olunub ki, səfirliyin yerləşdiyi binada əməkdaşların fəaliyyəti üçün bütün şərait yaradılıb.

Heydər Əliyev Fondunun prezidenti burada Azərbaycanın Əməkdar Rəssamı, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətov ilə görüşüb. Rəssam Azərbaycanın birinci xanımının portretini və "Azərbaycan - Şərq dünyası" adlı qrafik əsərlərinin albomunu Mehriban xanım Əliyevaya təqdim edib.

Birinci xanım Mehriban Əliyeva səfirlikdə Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Yeva Mariya Aux ilə görüşüb.

Yeva Mariya Aux 2010-cu ildə açılan kafedranın fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib.

Mehriban xanım Əliyeva Azərbaycan tarixini tədris edən kafedranın fəaliyyətinə dəstək verdiyini bildirdi və uğurlar arzulayıb.

Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları ilə görüşən Mehriban xanım Əliyeva onlara işlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti