...

Azərbaycan-Almaniya əməkdaşlığı bütün sahələrdə inkişaf edir – nazir

Siyasət Materials 4 Oktyabr 2011 00:37 (UTC +04:00)
Azərbaycan və Almaniya qarşılığlı marağları nəzərə alaraq əməkdaşlığı bütün sahələrdə inkişaf etdirlər, Trend-in məlumatına görə, bunu bazar ertəsi Almaniyanın Birlik gününə həsr edilmiş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Azərbaycan-Almaniya əməkdaşlığı bütün sahələrdə inkişaf edir – nazir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycan və Almaniya qarşılığlı marağları nəzərə alaraq əməkdaşlığı bütün sahələrdə inkişaf etdirlər, Trend-in məlumatına görə, bunu bazar ertəsi Almaniyanın Birlik gününə həsr edilmiş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, ölkələr arasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yüksək səviyyədədir.

Bundestaq və Almaniyanın Hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyə tərəfdardır.

Nazir həmçinin ölkələr arasında iki milyard avroya bərabər olan əmtəə dövriyyəsini effektiv iqtisadi əməkdaşlığın göstəricisi kimi qeyd etdi.

Tədbirdə Azərbaycanda Almaniyanın səfiri Herbert Kvelle qeyd etdi ki, Almaniyanın birləşməsinin 21-illiyi Azərbaycanın müstəqilliyinin 20-illiyinin qeyd olunması ilə uyğun gəlir. O ifadə etdi ki, ölkələrin arasında dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti