...

İlham Əliyev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını təbrik edib

Siyasət Materials 5 Oktyabr 2011 18:44
Azərbaycan Prezidenti İlham Əliyev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını təbrik edib.
İlham Əliyev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını təbrik edib.

"Sizi - Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını salamlayır və konfransın işə başlaması münasibətilə təbrik edirəm. 1992-ci ildə yaradılmış Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi bu gün müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən təşkilata çevrilmişdir. İşgüzar konfransın keçirildiyi bu günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü geniş qeyd olunur", - təbrikdə deyilir.

Prezident İlham Əliyev qeyd edib ki, müstəqillik illərində siyasi və iqtisadi islahatları uğurla həyata keçirən Azərbaycan regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal iştirakçısıdır.

"Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunmaqdadır. Təsadüfi deyildir ki, hazırda ölkədə ümumi daxili məhsulun 80 faizinin çoxu özəl bölmənin payına düşür və qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır.

Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Əminəm ki, Bakı şəhərində keçirilən işgüzar konfrans bu məsələlərin müzakirəsi üçün gözəl fürsət və gələcək səmərəli fəaliyyətinizə möhkəm zəmin yaradacaqdır. Konfransın işinə uğurlar arzulayıram", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti