...

Türkiyə kürd separatçılarının düşərgələrinin bağlanması üzrə işlərə başlayıb

Siyasət Materials 10 Oktyabr 2011 13:54 (UTC +04:00)
Türkiyə hakimiyyəti terrorizmlə mübarizəyə dair ABŞ və İraqla əməkdaşlıq çərçivəsində kürd separatçılarının düşərgələrinin təxliyəsinə başlayıb. Bu barədə Trend Türkiyənin "Vətən" qəzetinə istinadən xəbər verir.
Türkiyə kürd separatçılarının düşərgələrinin bağlanması üzrə işlərə başlayıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə hakimiyyəti terrorizmlə mübarizəyə dair ABŞ və İraqla əməkdaşlıq çərçivəsində kürd separatçılarının düşərgələrinin təxliyəsinə başlayıb. Bu barədə Trend Türkiyənin "Vətən" qəzetinə istinadən xəbər verir.

Bu ilin sonunadək 11 minə yaxın adamın yaşadığı səkkiz düşərgənin bağlanması planlaşdırılıb. Onların 90 faizi Türkiyə vətəndaşlarıdır.

Təxliyə üzrə işlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və İraqın Kürd regional administrasiyası ilə birgə aparılacaq.

Düşərgələrin sakinləri vətənə qaytarılacaqlar və burada onların bütün sosial tələbatları təmin olunacaq.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb. Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti