...

Baltik Assambleyasının prezidenti: Qafqazda münaqişələr həll olunmadıqca, ətraf regionlar üçün də sülhə zəmanət yoxdur

Siyasət Materials 11 Oktyabr 2011 11:49 (UTC +04:00)
Bütün beynəlxalq təşkilatları Qafqaz regionundakı münaqişələrin həllinə çağırırıq. Qafqazda münaqişələr həll olunmadıqca, ətraf regionlar üçün də sülhə zəmanət yoxdur.
Baltik Assambleyasının prezidenti: Qafqazda münaqişələr həll olunmadıqca, ətraf regionlar üçün də sülhə zəmanət yoxdur

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Bütün beynəlxalq təşkilatları Qafqaz regionundakı münaqişələrin həllinə çağırırıq. Qafqazda münaqişələr həll olunmadıqca, ətraf regionlar üçün də sülhə zəmanət yoxdur. Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən "Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik" adlı "dəyirmi masa"da Baltik Assambleyasının (BA) prezidenti xanım Laine Randyarv bildirib.

Onun sözlərinə görə, Qafqazdakı münaqişələrin həll olunması gecikdikcə, təhlükə dairəsi də genişlənir.

Randray bildirib ki, qonşu regionlarda münaqişələr həll olunmadıqca, heç bir inkişafa nail olmaq mümkün olmayacaq.

O qeyd edib ki, məhz bu səbəbdən 2009-cu il 28 noyabr tarixində BA Qafqaz regionunda geosiyasi sabitliyin bərqərar olması ilə bağlı iki sənəd qəbul edib. Bu sənədlərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

"Sənəddə münaqişənin beynəlxalq prinsiplər əsasında tezliklə həll olunması tələb olunur. Digər sənəd isə Gürcüstanın ərazi bütövlüyünün bərqərar olması ilə bağlıdır", - Randray vurğulayıb.

BA prezidentinin sözlərinə görə, burada münaqişələr həll olunmadıqca, ətraf ölkələrdə, xüsusilə də Baltikyanı ölkələrdə sabitlikdən söhbət gedə bilməz.

Xəbər lenti

Xəbər lenti