...

Ərdoğan: Sarkozi Türkiyəyə məsləhət verməməlidi

Siyasət Materials 11 Oktyabr 2011 15:28 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozi Türkiyəyə "erməni soyqırımı" barədə məsləhət verməkdənsə, öz ölkəsində nizam-intizam yaratsın.
Ərdoğan: Sarkozi Türkiyəyə məsləhət verməməlidi

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Fransa Prezidenti Nikola Sarkozi Türkiyəyə "erməni soyqırımı" barədə məsləhət verməkdənsə, öz ölkəsində nizam-intizam yaratsın. Bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, bu barədə TRT Haber telekanalı xəbər yayıb.

"Sarkozi öz ölkəsində reytinqini qaldırmaq üçün Türkiyədən vasitə kimi istifadə etmək istəyir", - Ərdoğan deyib.

Baş nazir bildirib ki, Sarkozi ikili siyasət aparır.

Türkiyə 2011-ci ilin sonuna qədər "erməni soyqırımı"nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Trend-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi saxta "soyqırım qurbanları"nın xatirəsinə qurulmuş memorial kompleksi ziyarət edərkən deyib.

Xəbər lenti

Xəbər lenti