...

İƏT-in baş katibi Suriyadakı böhranın həlli üçün kömək təklif edib

Siyasət Materials 11 Oktyabr 2011 19:31 (UTC +04:00)
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Suriyadakı vəziyyətlə əlaqədar öz təəssüfünü bildirib və bu ölkədəki böhranı nizamlamaq üçün təşkilatın köməyini təklif edib.
İƏT-in baş katibi Suriyadakı böhranın həlli üçün kömək təklif edib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu Suriyadakı vəziyyətlə əlaqədar öz təəssüfünü bildirib və bu ölkədəki böhranı nizamlamaq üçün təşkilatın köməyini təklif edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İƏT-in press-relizində deyilir.

İƏT Suriyada əhaliyə qarşı zorakılığın təcili olaraq dayandırılması şərti ilə böhranı həll etməyi təklif edib.

İhsanoğlu həmşinin qeyd edib ki, o, Suriyadakı vəziyyətə istənilən xarici ölkənin müdaxiləsinin əleyhinədir.

Suriyada təqribən yeddi aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,9 min nəfəri ötüb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqan kimi Milli Keçid Şurasını yaradıblar.

Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur və kənardan xarici müdaxilənin yolverilməzliyi haqqında məzmuna malik deyil.

Xəbər lenti

Xəbər lenti