...

İƏT-in baş katibi İsrail və "Həmas" arasında əsirlərin dəyişdirilməsi barədə sazişin əldə olunmasını alqışlayıb

Siyasət Materials 12 Oktyabr 2011 14:59 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu İsrail və "Həmas" arasında əsirlərin dəyişdirilməsi barədə sazişin əldə olunmasını alqışlayıb.
İƏT-in baş katibi İsrail və "Həmas" arasında əsirlərin dəyişdirilməsi barədə sazişin əldə olunmasını alqışlayıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu İsrail və "Həmas" arasında əsirlərin dəyişdirilməsi barədə sazişin əldə olunmasını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü təşkilatdan bildirilib.

İhsanoğlu bildirib ki, bu, Fələstin tərəfinin nailiyyətidir. O "Həmas" hərəkatının, Misirin və digər tərəflərin bu prosesdə rolunu qeyd edib.

Dünən Qəzza sektorunda Gilad Şalitin İsrail həbsxanalarında saxlanılan min fələstinli əsirlə dəyişdirilməsi barədə razılaşma əldə olunub.

İsrail ordusunun kapralı Gilad Şalit 2006-cı il iyunun 25-də "Həmas" hərəkatına əsir düşüb. İsraillini azad edilməsi üçün islamçılar mindən artıq fələstinli məhbusun, eləcə də uzun müddətə həbsə məhkum edilmiş liderlərinin İsrail həbsxanalarından buraxılmasını tələb edib. "Həmas" habelə İsrail həbsxanalarından bütün fələstinli qadınların və uşaqların buraxılmasını da tələb edib.

Xəbər lenti

Xəbər lenti