...

"Müsəlman qardaşları" Türkiyənin Suriya Milli Keçid Şurasını tanımasını tələb edir

Siyasət Materials 13 Oktyabr 2011 16:12 (UTC +04:00)
Türkiyə Suriyanın Milli Keçid Şurasını (MKŞ) tanımalı və onun səfirini ölkədən çıxarmalıdır.
"Müsəlman qardaşları" Türkiyənin Suriya Milli Keçid Şurasını tanımasını tələb edir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Suriyanın Milli Keçid Şurasını (MKŞ) tanımalı və onun səfirini ölkədən çıxarmalıdır. Trend-in "Nahar" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Suriyanın "Müsəlman qardaşları" hərəkatının lideri Məhəmməd Riyad əş-Şəkfa bəyan edib.

"Türkiyə Prezident Əsəd rejimi ilə bütün diplomatik əlaqələri kəsməli və MKŞ-ni legitim hakimiyyət orqanı kimi tanımalıdır", - əş-Şəkfa deyib və əlavə edib ki, müxalifət öz ölkəsinin işinə istənilən xarici müdaxiləyə qarşı çıxış edir.

Bir az əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son yeddi ay ərzində Suriyada baş verən hadisələrin artıq ölkənin daxili problemləri çərçivəsindən kənara çıxdığını bəyan edib.

Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan bildirib ki, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq.

Bundan əvvəl Türkiyə hökuməti sanksiyalar çərçivəsində Suriya Prezidenti və onun ailəsinin bütün aktivlərini dondurmağı qərara alıb.

Bununla yanaşı, əl-Əsəd rejiminə yaxın olan bir sıra şəxslərin Türkiyəyə girişinə icazə verilməyəcək.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti