...

Elmar Məmmədyarov ABŞ-ın Alman Marşal Fondunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Oktyabr 2011 14:58 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ-ın Alman Marşal Fondunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov ABŞ-ın Alman Marşal Fondunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ-ın Alman Marşal Fondunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildirilib ki, görüş zamanı Məmmədyarov Azərbaycanın regionda yeri və rolu, Avropa institutlarına inteqrasiya istiqamətində atılan addımlar, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, təhsil sahəsində görülən işlər və regionda həyata keçirilən enerji layihələri barədə qonaqlara ətraflı məlumat verib.

Nazir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib və məsələ ilə bağlı ünvanlanmış sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti