...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində üç prezident iştirak edəcək

Siyasət Materials 20 Oktyabr 2011 14:50 (UTC +04:00)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) oktyabrın 21-də Almatıda start götürəcək birinci sammitində üç ölkənin - Azərbaycan, Qazaxıstan və Qırğızıstanın prezidentiləri İlham Əliyev, Nursultan Nazarbayev və Roza Otunbayeva iştirak edəcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində üç prezident iştirak edəcək

Qazaxıstan, Almatı, 20 oktyabr /Trend, müxbir E.Hüseynov/

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının oktyabrın 21-də Almatıda start götürəcək birinci sammitində üç ölkənin - Azərbaycan, Qazaxıstan və Qırğızıstanın prezidentiləri İlham Əliyev, Nursultan Nazarbayev və Roza Otunbayeva iştirak edəcək. Bu barədə Trend-ə cümə axşamı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Türkiyədəki məlum hadisələrdən sonra bu ölkə sammitdə Baş nazirin müavini səviyyəsində təmsil olunacaq.

Sammit iştirakçıları beynəlxalq və regional xarakterli aktual məsələləri, türkdilli ölkələr arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərini müzakirə edəcəklər.

Sammitin yekunları üzrə Almatı Bəyannaməsi imzalanacaq.

Gündəmdəki məsələləri müzakirə etmək üçün oktaybrın 20-də axşam Almatıda Qazaxıstan, Azərbaycan və Türkiyə Xarici İşlər nazirliklərinin yüksək rəhbərlikləri səviyyəsində iclas keçiriləcək.

Xəbər lenti

Xəbər lenti