...

Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi bütün dünyada sülhün və sabitliyin dəstəklənməsi işinə mühüm töhfə verəcək - XİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Oktyabr 2011 10:34 (UTC +04:00)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:22-də yayılıb)

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir S.Ağayeva/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilməsi bütün dünyada sülhün və sabitliyin dəstəklənməsi işinə mühüm töhfə verəcək. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın tarixi diplomatik qələbəsidir.

"Biz hamımız BMT TŞ-də Azərbaycanın qələbəsinə şadıq. Bu qələbə ilə bütün xalqımız fəxr edə bilər və bu qələbə ölkəmizin xüsusiliyini göstərir. Ölkəmiz dünyada kifayət qədər tanınır və qəbul edilir, Azərbaycan dünya ictimaiyyəti tərəfindən geniş dəstəklənir", - Abdullayev deyib.

Onun sözlərinə görə, BMT TŞ kimi belə nüfuzlu strukturun üzvü olmaq Azərbaycan üçün şərəfli və məsuliyyətli vəzifədir.

"Biz namizədliyimizi dəstəkləyən bütün ölkələrə təşəkkürümüzü bildiririk və onların etimadını yüksək qiymətləndiririk", - Abdullayev deyib.

Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən ilk növbədə həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti