...

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Siyasət Materials 26 Oktyabr 2011 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

"Dost Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında dərin tarixi kökləri olan dostluq əlaqələrinin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti