...

ABŞ Türkiyə və Azərbaycan arasında imzalanan mühüm enerji sazişini alqışlayır

Siyasət Materials 2 Noyabr 2011 12:09 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton Türkiyə və Azərbaycan arasında imzalanan mühüm enerji sazişini alqışladığını bildirib.
ABŞ Türkiyə və Azərbaycan arasında imzalanan mühüm enerji sazişini alqışlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın dövlət katibi Hillari Klinton Türkiyə və Azərbaycan arasında imzalanan mühüm enerji sazişini alqışladığını bildirib. Trend-in ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Klinton bunu ABŞ-Türkiyə əlaqələrinə dair illik konfransda çıxışı zamanı deyib.

Oktyabrın 25-də Türkiyənin İzmir şəhərində imzalanan bu sənədlərə Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hökumətlərarası saziş (HAS), ARDNŞ və BOTAŞ arasında, eləcə də Azərbaycan Qaz Təchizatı Şirkəti (AQTŞ) ilə BOTAŞ İnterneşnal Limitid (BİL) arasında qaz satışı sazişləri (QSS), ARDNŞ və BOTAŞ arasında qaz tranziti sazişi (QTS) və Azərbaycan mənşəli qazın Türkiyə ərazisi vasitəsilə tranziti üçün şərt və qaydaları müəyyən edən çərçivə sazişi (ÇS) daxildir.

HAS və ÇS-ə uyğun olaraq, Türkiyədən tranzit ya BOTAŞ-ın mövcud ötürmə şəbəkəsinin modernləşdirilməsi, ya da Türkiyə ərazisində yeni bir boru kəmərinin yaradılması yolu ilə həyata keçiriləcək.

Sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti