...

Türkiyə BAEA-dan "Metsamor" AES-in bağlanmasını tələb edir

Siyasət Materials 4 Noyabr 2011 13:23 (UTC +04:00)
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Ermənistandakı "Metsamor" AES-in bağlanması tələbi ilə müraciət edəcək.
Türkiyə BAEA-dan "Metsamor" AES-in bağlanmasını tələb edir

Azərbaycan, Bakı, 4 noyabr / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Ermənistandakı "Metsamor" AES-in bağlanması tələbi ilə müraciət edəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti yazır.

"Türkiyə BAEA-ya istismar müddəti çoxdan başa çatmış AES-in bağlanması ilə bağlı müraciət edəcək", - Yıldız deyib.

Nazir həmçinin bəyan edib ki, Türkiyə köhnə, xüsusən onun sərhədləri yaxınlığında yerləşən AES-in istismar olunmasının əleyhinədir. Onun sözlərinə görə, dünyada yaşı 40-dan çox olan 26-ya yaxın atom elektrik stansiyası var və bu, bütün dünya üçün təhlükə törədir.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti