...

Milli Məclis komitələrinin iclasında 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb

Siyasət Materials 4 Noyabr 2011 13:06 (UTC +04:00)
Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında cümə günü 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb.
Milli Məclis komitələrinin iclasında 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb

Azərbaycan, Bakı, 4 noyabr / Trend müxbir M.Əliyev/

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında cümə günü 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanıb.

Trend-in məlumatına görə, iclasın gündəliyində "Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri var.

İclasda Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, ötən il Azərbaycanın iqtisadi həyatında kifayət qədər uğurlar qazanılıb.

Onun sözlərinə görə, dövlət büdcəsinin icrası şəffaf və məqsədyönlü şəkildə həyata keçirilib. Muradova bildirib ki, 2012-ci ilin büdcəsində bütün sahələr, o cümlədən sosial sahə üzrə artımlar öz əksini tapacaq.

İclasda DSMF-nin sədri Səlim Müslümov büdcə layihəsinin ayrı-ayrı bəndləri barədə məlumat verib. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli iclas zamanı gələcək illərdə sığorta olunanların uşaqlarının düşərgələrdə istirahətinin təşkilinə fikir verilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti