...

ABŞ Fələstinə əvvəllər dondurduğu 200 milyon dollarlıq maliyyə yardımını bərpa edib

Siyasət Materials 8 Noyabr 2011 11:16 (UTC +04:00)
ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri İleana Roslintenen Fələstinə əvvəllər dondurulmuş 200 milyon dollar məbləğində maliyyə yardımının ayrılmasını bəyənib.
ABŞ Fələstinə əvvəllər dondurduğu 200 milyon dollarlıq maliyyə yardımını bərpa edib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin sədri İleana Roslintenen Fələstinə əvvəllər dondurulmuş 200 milyon dollar məbləğində maliyyə yardımının ayrılmasını bəyənib. Trend-in məlumatına görə, xəbəri "Reuters" agentliyi yayıb.

Xanım Roslintenen Barak Obama administrasiyası və ABŞ İnkişaf Agentliyini məktubla məlumatlandıraraq bildirib ki, artıq Nümayəndələr Palatası Fələstinə iqtisadi ehtiyaclar üçün 50 milyon dollar və digər xərclər üçün 148 milyon dollar verilməsinə mane olmayacaq. Çünki bu maliyyə yardımının əsasını ABŞ-ın beynəlxalq maraqları təşkil edir. RBK xəbər verir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nulendin sözlərinə görə, "bu xəbər son dərəcə qaneedicidir", çünki Obama administrasiyası Konqresi Fələstin Muxtariyyətinə yardım göstərilməsinin qanunauyğunluğuna inandırmaq üçün irimiqyaslı kampaniya aparıb.

Maliyyə yardımı bu ilin avqust ayında, Fələstinin muxtariyyətin dövlət kimi və BMT-yə üzv qəbul edilməsini tələb etdiyi vaxt İleana Roslintenenin təşəbbüsü ilə dondurulmuşdu. Bununla yanaşı, Fələstində infrastrukturun inkişafı və şəhərsalma layihələrinin həyata keçirilməsi üçün ayrılan 192 milyon dollar hələlik dondurulmuş olaraq qalır.

Xatırladaq ki, adətən Fələstin Muxtariyyəti ABŞ-dan ildə 500 milyon dollar yardım alır. Bu məbləğə hərbi xərclər, o cümlədən təlimlərin keçirilməsi üçün nəzərdə tutulan on milyonlarla dollar daxildir.

Qeyd etmək lazımdır ki, bu il oktyabrın 31-də ABŞ Fələstini öz sıralarına qəbul etməsinə etiraz edərək YUNESKO-ya 60 milyon dollar həcmində üzvlük haqqının ödənilməsini dayandırıb.

Xəbər lenti

Xəbər lenti