...

Bakıda "Xəzər enerjisinin Avropa perspektivləri" adlı beynəlxalq konfrans keçiriləcək

Siyasət Materials 14 Noyabr 2011 11:40 (UTC +04:00)
Bakıda "Xəzər enerjisinin Avropa perspektivləri" adlı beynəlxalq konfrans keçiriləcək
Bakıda "Xəzər enerjisinin Avropa perspektivləri" adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Fransanın Beynəlxalq Münasibətlər İnstitutu (İFRİ) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə Bakıda noyabrın 16-da "Xəzər enerjisinin Avropa perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə SAM-ın bazar ertəsi yaydığı məlumatda bildirilir.

Konfransın keçirilməsində məqsəd iqtisadi və siyasi məsələlər daxil olmaqla, Avropa-Xəzər dənizi enerji layihələrinin inkişafına kompleks nəzər yetirmək, regionda Azərbaycanın mövqeyini təhlil etməkdir.

Konfrans Cənub-Şərqi Avropa regionunun enerji təminatı barədə fikir mübadiləsi aparılmasına və regionda əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Tədbirdə Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın oynadığı rol, həll olunmamış münaqişələrin qlobal təhlükəsizliyə təsiri, Xəzər-Cənubi Qafqaz regionunun müasir geosiyasəti, regional əməkdaşlıq, ölkəyə yeni sərmayələrin cəlb olunması, işgüzar əməkdaşlığın möhkəmləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılacaqdır.

Tədbirdə Fransanın Beynəlxalq Münasibətlər İnstitutunun icraçı vitse-prezidenti Dominik David, İFRİ-nin enerji mərkəzinin baş müşaviri səfir Vilyam Ramsey, Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun prezidenti Gul Luft, Enerji Strategiyası üzrə Rusiya İnstitutunun direktor müavini Aleksey Qromov, Rusiya Elmlər Akademiyası nəzdində Avropa İnstitutunun Enerji Mərkəzinin rəhbəri Aleksey Xaytun, ARDNŞ-nin vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, Baxçaşəhər Universitetinin (Türkiyə) professoru Mert Bilgin və digər ekspertlər çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti