...

MSK-nın iclasında iki DSK-nın tərkibində dəyişikliklər edilib

Siyasət Materials 17 Noyabr 2011 17:56 (UTC +04:00)
Məzahir Pənahovun sədrliyi ilə cümə axşamı Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
MSK-nın iclasında iki DSK-nın tərkibində dəyişikliklər edilib

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir M.Əliyev/

Məzahir Pənahovun sədrliyi ilə cümə axşamı Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Əvvəlcə iclasda Komissiyanın 25 oktyabr 2011-cu il tarixli iclas protokolu təsdiq edilib.

İclasda məntəqə seçki komissiyalarının fəaliyyətində "Seçki günü üçün Yaddaş"ın tətbiqinə dair İzah da təsdiq edilib.

İclasda MSK 61 saylı Neftçala və 67 saylı Cəlilabad şəhər seçki dairələrinin dairə seçki komissiyalarının (DSK) tərkibində dəyişikliklər edib.

MSK-nın iclasında cari məsələlərə də baxılıb.

Xəbər lenti

Xəbər lenti