...

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Qəbələdə ucaldılmış abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 18 Noyabr 2011 11:22 (UTC +04:00)
Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Qəbələdə ucaldılmış abidəsini ziyarət edib (FOTO)

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Xəbər lenti

Xəbər lenti