...

Azərbaycanda 6 mindən çox Rusiya vətəndaşı Dövlət Dumasına seçkilərdə səs verə bilər

Siyasət Materials 22 Noyabr 2011 12:47 (UTC +04:00)
Azərbaycanda müvəqqəti olan və ya yaşayan 6 mindən artıq Rusiya vətəndaşı dekabrın 4-də Dövlət Dumasına seçkilərdə səs verə bilər.
Azərbaycanda 6 mindən çox Rusiya vətəndaşı Dövlət Dumasına seçkilərdə səs verə bilər

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda müvəqqəti olan və ya yaşayan 6 mindən artıq Rusiya vətəndaşı dekabrın 4-də Dövlət Dumasına seçkilərdə səs verə bilər. Bunun üçün Azərbaycanda iki seçki məntəqəsi açılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə RF-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatlarının seçkiləri haqqında" qanuna (2005-ci il) uyğun olaraq Rusiyanın xaricdəki idarələri həmin ölkələrdəki RF vətəndaşlarının səs vermələri üçün səsvermə təşkil edirlər.

Bundan çıxış edərək, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi Azərbaycanda olan Rusiya vətəndaşları üçün səfirliyin konsul bölməsinin binasında (Bakı şəhəri, Bakıxanov küçəsi, 17) və Azərbaycanın şimal-qərbindəki Qəbələ rayonunun inzibati mərkəzindəki "Dəryal" analitik-informasiya mərkəzi şəhərciyinin ərazisində seçki məntəqələri açıb.

Səsvermə günü seçki məntəqələri yerli vaxtla saat 08.00-dan 20.00-dək açıq olacaq.

Hazırda 6 339 Rusiya vətəndaşı səfirliyin konsul uçotunda durur.

Xəbər lenti

Xəbər lenti