...

Əli Həsənov: Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq müzakirə ediləcək

Siyasət Materials 29 Noyabr 2011 15:53 (UTC +04:00)
Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək.
Əli Həsənov: Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq müzakirə ediləcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti dekabrın 2-dən 5-dək İranda səfərdə olacaq.

Həsənov bildirib ki, səfər İranın müvafiq strukturlarının dəvəti ilə həyata keçirilir.

"Səfər çərçivəsində İranın televiziya, mətbuat, xarici informasiya siyasəti ilə məşğul olan bütün qurumlarının rəhbərləri ilə görüşəcəyik. Burada əsas məqsəd iki ölkə arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyəti və qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər daxili məsələləri müzakirə etmək və gələcək əməkdaşlıqla bağlı müəyyən tövsiyələrimizi verməkdir", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti