...

Suriya hakimiyyəti ölkədəki iğtişaşlarda təqsirləndirilərək saxlanılanları azad edib

Siyasət Materials 30 Noyabr 2011 16:24 (UTC +04:00)
Suriyada bu ilin martından etibarən vəziyyəti qeyri-sabitləşdirməkdə təqsirləndirilərək nümayişlərdə saxlanılan 912 nəfər azad edilib.
Suriya hakimiyyəti ölkədəki iğtişaşlarda təqsirləndirilərək saxlanılanları azad edib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyada bu ilin martından etibarən vəziyyəti qeyri-sabitləşdirməkdə təqsirləndirilərək nümayişlərdə saxlanılan 912 nəfər azad edilib. Bu barədə çərşənbə günü Trend SANA agentliyinə istinadən məlumat verir.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Son zamanlar xüsusən Livan və Türkiyə ilə sərhəd olan rayonlardakı qarşıdurmalar getdikcə zorakılıq, dinlərarası xarakter alır. Gündəlik olaraq, həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları tərəfindən ölənlərin olması barədə məlumatlar daxil olur.

BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Xəbər lenti

Xəbər lenti