...

Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin 23,46 faizi səs verib

Siyasət Materials 30 Noyabr 2011 20:17 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 19:00-a olan məlumata görə, 23,46 faiz (271 108 seçici) təşkil edib.
Azərbaycanda bələdiyyə seçkilərində seçicilərin 23,46 faizi səs verib

Azərbaycan, Bakı, 30 noyabr /Trend müxbir М.Əliyev/

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 19:00-a olan məlumata görə, 23,46 faiz (271 108 seçici) təşkil edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının Katibliyinin müdiri Rövzət Qasımov bildirib.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb, saat 19:00-da səsvermə başa çatıb.

330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

Xəbər lenti

Xəbər lenti