...

Azərbaycanın xarici işlər naziri Avropa ölkələrində bir sıra görüşlər keçirəcək

Siyasət Materials 2 Dekabr 2011 20:04 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Berlində keçiriləcək Əfqanıstan üzrə konfransda iştirak edəcək.
Azərbaycanın xarici işlər naziri Avropa ölkələrində bir sıra görüşlər keçirəcək

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də Berlində keçiriləcək Əfqanıstan üzrə konfransda iştirak edəcək. Bu barədə cümə günü Trend-ə XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, konfrans çərçivəsində Məmmədyarovun çıxışı və bir sıra ikitərəflı görüşlərin keçirilməsi planlaşdırılır.

Nazir dekabrın 6-7-də Vilnüsdə ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında da iştirak edəcək.

Abdullayevin sözlərinə görə, ATƏT XİNŞ çərçivəsində GUAM ölkələrinin XİN rəhbərlərinin görüşü planlaşdırılır. Bu görüşdə GUAM ölkələrinin turizm, təhlükəsizlik, FHN orqanlarının qarşılıqlı fəaliyyətləri, nəqliyyat kimi sahələrdə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə edilməsi gözlənilir.

ATƏT XİNŞ çərçivəsində, həmçinin Məmmədyarovun Gürcüstan, Finlandiya, Portuqaliya, Türkmənistan, Ukrayna, Litva və İrlandiyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Abdullayev bildirib ki, Nazirlər Şurası çərçivəsində Azərbaycan XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti