...

Tofiq Musayevin kitabı italyan dilində nəşr edilib

Siyasət Materials 13 Dekabr 2011 10:31 (UTC +04:00)
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayevin kitabı italyan dilində nəşr edilib.
Tofiq Musayevin kitabı italyan dilində nəşr edilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayevin kitabı italyan dilində nəşr edilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabr ayında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayevin müəllifi olduğu ingilisdilli "Advisory Opinion of the International Court of Justice on Kosovo and the Nagorno-Karabakh Conflict: Comparative Analysis" (Beynəlxalq Ədalət Məhkəməsinin Kosovo ilə bağlı məsləhətçi qərarı və Dağlıq Qarabağ münaqişəsi: müqayisəli təhlil) adlı kitabı İtaliyanın "Classis" nəşriyyat evi tərəfindən italyan dilinə tərcümə edilərək, çap olunub.

İtalyanca "Parere consultivo della Corte Internazionale di Giustizia sul Kosovo e il conflitto del Nagorno-Karabakh: analisi comapartiva" adlanan kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Beynəlxalq Ədalət Məhkəməsinin Kosovo ilə bağlı qərarının şərhi, ərazi münaqişələrinin həllində istifadə olunan öz müqəddəratını təyin etmək hüququ, ərazi bötüvlüyü və digər beynəlxalq hüquqi prinsiplərin şərhi və s. bu kimi məsələlər işıqlandırılıb.

Beynəlxalq standart kodu ilə təmin edilmiş (ISSN) kitab İtaliya və dünya italyandilli ictimaiyyətin, xüsusən də akademik dairələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər barədə məlumatlandırılmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti