...

Azərbaycan və Türkiyənin Ədliyyə akademiyaları arasında əlaqələr genişlənir

Siyasət Materials 15 Dekabr 2011 20:33 (UTC +04:00)
Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdədir.
Azərbaycan və Türkiyənin Ədliyyə akademiyaları arasında əlaqələr genişlənir

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdədir.

Trend-in cümə axşamı Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, nümayəndə heyəti ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilə görüşüb.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və sıx dostluq münasibətlərini qeyd edən nazir zəngin müqavilə-hüquq bazasına söykənən hüquqi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, ədliyyə nazirlərinin müntəzəm, o cümlədən ötən aylarda qarşılıqlı səfərlərini, ədliyyənin müxtəlif sahələri üzrə hər iki ölkədə birgə tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Yıldırım Türkiyə Ədliyyə Akademiyasının fəaliyyəti barədə məlumat verərək, azərbaycanlı hakimlərin və digər hüquqşünasların rəhbərlik etdiyi qurumda tədris keçmələri üçün hər zaman hazır olduğunu söyləyib, konkret təkliflər irəli sürüb.

Görüş zamanı Azərbaycan və Türkiyənin Ədliyyə akademiyaları arasında əməkdaşlığa dair işçi proqram imzalanıb. Həmin proqram çərçivəsində hüquq sahəsində elmi və təcrübi mübadilənin aparılması, hakimlərin, hakimliyə namizədlərin, prokurorluq, ədliyyə və məhkəmə aparatı işçilərinin təhsilinin qarşılıqlı dəstəklənməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hər iki tərəf bu mühüm sənədin uğurla icra olunacağına və qarşılıqlı fəaliyyətə əlavə dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti