...

Ariel Koen: ABŞ Administrasiyasına səfirlərin namizədliyini etnik qrupun diqtə etməsi görünməmiş haldır

Siyasət Materials 22 Dekabr 2011 12:25 (UTC +04:00)
Etnik qrupun ABŞ Prezidenti Administrasiyasına kimin səfir olmasını diktə etməsi hələ görünməyib.
Ariel Koen: ABŞ Administrasiyasına səfirlərin namizədliyini etnik qrupun diqtə etməsi görünməmiş haldır

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir E.Tariverdiyeva/

Etnik qrupun ABŞ Prezidenti Administrasiyasına kimin səfir olmasını diktə etməsi hələ görünməyib. Bunu Trend-in Ekspert Şurasının üzvü, "İrs" Fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti problemləri üzrə aparıcı eksperti Ariel Koen Senatın dəstəkləməyəcəyi halda ABŞ-ın Azərbaycandakı səfirinin geri çağırılmasının mümkünlüyü ilə bağlı vəziyyəti şərh edərkən deyib.

"Artıq 24 ildir tanıdığım Metyu Brayza tanınmış diplomat, energetika və Cənubi Qafqaz sahəsində əsl ekspertdir. Administrasiya və Senatın onun xidmət müddətini uzatmaq üsulu tapa bilməyəcəyi halda bu, böyük itki olacaq", - Koen Trend-ə deyib.

Prezident Barak Obama 2010-cu ilin dekabrında təcrübəli diplomat, ABŞ dövlət katibinin keçmiş köməkçisi Metyu Brayzanı erməniyönümlü senatorların təzyiqi altında onun təsdiqlənməsini təxirə salan Senatda səsvermə keçirilmədən Azərbaycana səfir təyin edib. Lakin əgər yaxın vaxtlarda ABŞ Senatı Brayzanın namizədliyini təsdiqləməsə, o, geri çağırılacaq.

Erməni lobbisi Senatın Brayzanın namizədliyini təsdiqləməməsi üçün var gücü ilə çalışır.

Koenin sözlərinə görə, Amerikanın xarici siyasət maraqları üçün çox vacib olan fəalın belə yaxşı bildiyi sahədə öz ölkəsinə xidmət etməyəcəyi bağışlanmazdır.

"Ümid edirəm ki, onun xələfi də Brayza kimi yaxşı olacaq. Lakin Metyu Brayza harada işləməsindən asılı olmayaraq, həm onun işəgötürəni, həm də ABŞ üçün çox faydalı olacaq", - Koen deyib.

Xəbər lenti

Xəbər lenti