...

Azərbaycan Prezidenti və xanımı Qobustan muzeyinin açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 26 Dekabr 2011 20:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan muzeyinin açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti və xanımı Qobustan muzeyinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan muzeyinin açılışında iştirak ediblər.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.

Əvvəlcə dövlətimizin başçısı və xanımı muzeyin tikintisini və hazırkı vəziyyətini, Qobustan Tarix-Mədəniyyət və Landşaft Qoruğunun şəhərsalma layihəsini, eləcə də muzey və inzibati binanın ərazidə yerləşmə planını əks etdirən fotostendlərlə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin rəmzi açılışını bildirən lenti kəsiblər. Sonra dövlətimizin başçısı və xanımı muzeyin eksponatlarına baxıblar.

Daha sonra Azərbaycan Prezidenti və xanımı Qobustan Tarix-Mədəniyyət və Landşaft qoruğunun şəhərsalma layihəsi ilə bağlı videoçarxı izləyiblər.

Muzeylə tanış olduqdan sonra Prezident İlham Əliyevə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna gedən yolun, yolayrıcının hazırkı və gələcək vəziyyəti, buradakı körpüdə aparılacaq yenidənqurma işləri haqqında məlumat verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində aparılan yenidənqurma işləri ilə də tanış olublar.

Xəbər lenti

Xəbər lenti