Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısı zamanı İraqda şiə və sünnilər arasında məzhəb probleminin başlanmasının bütün region üçün təhlükəli ola biləcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin TRT Haber telekanalı məlumat verib.
"İraqda məzhəblərarası problem yaransa, bu, yüz illərlə davam edə bilər", - Ərdoğan deyib.
Ölkənin sünni vitse-prezidenti Tarik əl-Haşimi terror aksiyalarının hazırlanmasında şübhəli bilindiyinə görə, ötən ilin dekabr ayında İraq hakimiyyəti onun həbsinə order verib.
Sabiq vitse-prezident əl-Haşimi isə TRT telekanalına verdiyi açıqlamada İraq hökumətini məzhəblərarası iğtişaşı qızışdırmaqda ittiham edib.