...

Müsavat Partiyasının siyasi kursuna dəyişiklik edilə bilər

Siyasət Materials 11 Yanvar 2012 16:20 (UTC +04:00)
Musavat Partiyasının başqanı İsa Qəmbər vəzifəsindən gedərsə, partiyanın siyasi kursunda müəyyən dəyişikliklərin olması gözlənilir.
Müsavat Partiyasının siyasi kursuna dəyişiklik edilə bilər

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Musavat Partiyasının başqanı İsa Qəmbər vəzifəsindən gedərsə, partiyanın siyasi kursunda müəyyən dəyişikliklərin olması gözlənilir. Bunu çərşənbə günü Trend-ə partiyadakı mənbə bildirib.

Məlumata görə, partiya funksionerləri martın əvvəlində keçiriləcək qurultay zamanı partiyanın siyasi kursunun dəyişdirilməsi ilə bağlı müəyyən təkliflər səsləndirəcəklər.

Müsavat Məclisinin sədri Arzu Səmədbəyli isə Trend-ə açıqlamasında bildirib ki, partiyanın siyasi kursunu qurultay müəyyən edəcək. O, bu barədə fikir söyləməyin tez olduğunu bildirib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə Trend-ə açıqlamasında partiyanın siyasi kursunda heç bir dəyişiklik olmayacağını bildirib.

"Partiya İsa Qəmbər dönəmində Məmmədəmin Rəsulzadə tərəfindən qoyulmuş siyasi kursu davam etdirir və bundan sonra da partiyaya kim başqan olacaqsa, həmin siyasi kursu davam etdirəcək", - Aslanlı qeyd edib.

Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər vəzifəsindən gedəcək və qurultayda yeni başqan seçiləcək. Bunu bazar ertəsi Trend-ə açıqlamasında partiyanın sıravi üzvü, qurultay nümayəndəsi, "Yeni Müsavat" qəzetinin təsisçisi Rauf Arifoğlu deyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Partiyanın rayon təşkilatları qurultaya hazırlıqla bağlı işləri yekunlaşdırıblar.

Ötən il Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti