...

Rəsmi Moskva İrana qarşı hərbi əməliyyatı yolverilməz sayır

Siyasət Materials 12 Yanvar 2012 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend/

İrana qarşı hərbi əməliyyat Qərbin ən ağır səhvi və kobudcasına səhv hesablaması olardı. Trend-in məlumatına görə, bu barədə RF xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün İTAR TASS agentliyinə müsahibəsində bildirib.

"İrana qarşı hərbi əməliyyat ən ağır səhv və kobudcasına səhv hesablama olardı. Bu cür hipotetik inkişafın nəticələri regional və qlobal təhlükəsizlik üçün çox uzağagedən ola bilərdi", - yüksək çinli Rusiya diplomatı bildirib.

"İranın nüvə proqramının dinc xarakerinin müəyyən edilməsi üzrə etimadın bərpası məsələsinin hərbi yolla həlli mümkün deyil", - Ryabkov deyib.

Nazir müavininin fikrincə, belə həll üsulu regional stabilliyin sarsılmasına, risklərin artmasına gəririb çıxara, dünya iqtisadiyyatına ciddi zərbə vura, yəni "beynəlxalq sistemin əsasını laxladacaq mənfi amillər kompleksi" ola bilər. "Hesab edirəm ki, bu qətiyyən yolverilməzdir və biz "altılıq" üzrə tərəfdaşlarımızı, son günlər bu mövzunun müzakirələrini aktivləşdirənlərin hamısını düşünməyə və maksimum təmkin nümayiş etdirməyə çağırırıq", - Ryabkov qeyd edib.

Xəbər lenti

Xəbər lenti