...

Elmar Məmmədyarov: Azərbaycan həll olunmamış münaqişələrə məruz qalan ölkələrə olan təhlükələri çox yaxşı anlayır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 12 Yanvar 2012 23:26 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ikinci və üçüncü abzaslar; ilk xəbər 21:24-də yayılıb)

Azərbaycan, Bakı, 12 yanvar / Trend müxbir E.Mehdiyev/

Öz ərazilərinin mühüm bir hissəsinin işğalından və yüz minlərlə vətənaşının məcburi köçkün olmasından əziyyət çəkən bir ölkə kimi Azərbaycan həll olunmamış münaqişələrə məruz qalan ölkələrə olan təhlükələri çox yaxşı anlayır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının BMT-Afrika Birliyi tərəfdaşlığına həsr olunumuş iclasında çıxışı zamanı bildirib.

Məmmədyarovun sözlərinə görə, Afrikada vasitəçilik üçün əsas kimi BMT və Afrika Birliyi tərəfindən ümumi rəhbər prinsiplərin işlənib hazırlaması sülhə nail olunmasına və münaqişələrin qarşısının alınmasına imkan yaradacaq. "Çox əhəmiyyətlidir ki, bütün üzv ölkələr BMT-nin müəyyən etdiyi və suverenlik, ərazi bütövlüyü və dövlətlərin siyasi müstəqilliyi ilə əlaqədar olan öhdəliklərini yerinə yetirsin, - deyə nazir bildirib.

"Son zamanlar Azərbaycan Afrika Birliyi və onun üzv dövlətləri ilə öz əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirib. Azərbaycan Afrikaya yardım göstərilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsində fəal iştirak edir. Müvafiq hökumətlərin və beynəlxalq təşkilatların Afrika Buynuzu və başqa Afrika ölkələrində humanitar böhran probleminin həllinə yönəlmiş təcili yardım göstərilməsi üçün çağırışlarına Azərbaycan reaksiya verdi", - Məmmədyarov deyib.

Yanvarın 1-dən Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıblar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçiliblər. Onlar TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz ediblər.

Xəbər lenti

Xəbər lenti