Londonda "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" adlı sərgi açılıb (FOTO)

Londonda "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" adlı sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin açılışı olmuşdur. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər. Trend-in məlumatına görə, xəbəri AzərTAc Dövlət İnformasiya Agentliyi yaymışdır.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin sırasına daha biri əlavə olunmuşdur. Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə təşkil edilən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi Fondun prezidenti Mehriban xanım Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində mədəniyyətimizin təbliğini prioritet istiqamətlərdən biri seçdiklərini bir daha təsdiqləmişdir. Bu sərginin ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru isə Erve Mikaelofdur. Simon de Püri və Erve Mikaelof dünya incəsənət aləmində məşhur şəxslərdir.
"Phillips de Pury & Company" şirkətinin rəhbəri Simon de Püri demişdir ki, ötən ilin yayında həyat yoldaşı ilk dəfə Bakıya səfər edib. Səfər zamanı Azərbaycan rəssamlarının əsərlərinin rəngarəngliyi və həyat ehtirası, keyfiyyəti və orijinallığı onu heyran qoyub. Nəticədə bu sərgini keçirmək qərarına gəlib.

Qeyd edək ki, Erve Mikaelof bir sıra nüfuzlu şirkətlərlə iş birliyi qurub və çox sayda dünyaca məşhur layihələrin müəllifidir.

London elitasının üzvlərinin qatıldığı bu sərgi Britaniya paytaxtında Azərbaycan incəsənətinə böyük marağı bir daha aydın şəkildə nümayiş etdirir. İngiltərənin paytaxtında keçirilən və çox sayda müasir rəssamların iştirak etdiyi "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" mövzusunda sərgiyə gələnlərin sayı bunu deməyə əsas verir.

Sərginin açılışında çıxış edən "Phillips de Pury & Company" şirkətinin rəhbəri Simon de Püri belə möhtəşəm tədbirin məhz onun qalereyasında keçirilməsinin əhəmiyyətini vurğuladı. Bildirmişdir ki, bu cür tədbiri məhz Londonda keçirmək çox əlamətdar hadisədir.

Simon de Püri sərginin təşkilində Heydər Əliyev Fondunun dəstəyinə görə minnətdarlığını bildirmiş, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənəti və mədəniyyətinin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirmişdir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək sərginin əhəmiyyətindən danışmışdır. Leyla xanım Əliyeva demişdir ki, burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. İndi Azərbaycan misli görünməmiş dirçəliş dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində də göstərir.

Keçən il müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd olunduğunu deyən Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixi olduğunu vurğuladı. Qeyd etdi ki, 1918-ci ildə müsəlman Şərqində qadınlara səsvermə hüququ Azərbaycanda verilmiş, 1901-ci ildə ölkəmizdə müsəlman qızlar üçün ilk məktəb tikilmiş, Şərqin ilk operası və baleti məhz bizim ölkədə səhnələşdirilmişdir. "Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk", - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti ötən il "Eurovision"nun qalibi olan Azərbaycanın bu müsabiqəni qəbul etməyi səbirsizliklə gözlədiyini vurğuladı.

"Lakin müasir Bakı təkcə musiqi qələbəsinin bayram etmir", - deyən Leyla xanım Əliyeva qeyd etmişdir ki, Bakıda gəzərkən küçələr boyu siz ətrafınızda sürətli inkişafın şahidi ola bilərsiniz. Zaha Hadidin şah əsərindən tutmuş yeni dükanlar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilindəki bulvaradək. Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özünü təkcə Qız Qalasında göstərən köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız arxitekturası əsasında tikilmiş evləri əks etdirir. İncəsənət mənim həvəslə yanaşdığım sahədir. İstər gənc yaşlarımda Londondakı Teyt muzeyini gəzərək, istərsə də Bakıda Müasir İncəsənət Muzeyində sərgilənən əsərləri təhlil edərək ömrüm boyu mən müasir incəsənəti tədqiq etməkdən zövq almışam. Mən özüm də rəsm çəkməyi sevirəm və həmişə ürəklərini və ruhlarını yaratdıqları əsərə qoyan rəssamlara pərəstiş etmişəm. Buna görə də mən bu möhtəşəm əsərlərin yanvarın sonunadək Londonda, daha sonra isə bütün Avropada beynəlxalq auditoriyaya sərgilənməsinin bir hissəsi olmağımdan çox həyəcanlıyam. Burada görəcəyiniz əsərlərin bir çoxu həm gənc, eyni zamanda, məşhur rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yaradılıb, buna görə də ilk dəfə sərgilənirlər. Odur ki, Azərbaycanın hər bir yanından 21 rəssamın yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qürur hiss keçirirəm və yəqin razılaşarsınız ki, bu gün Bakıda necə də canlı, müasir incəsənət səhnəsi dünyası mövcuddur.

Leyla xanım Əliyeva bu sərginin keçirildiyi qalereyanın fenomenal məkan kimi xarakterizə edərək "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin Londonda açılmasından məmnunluğunu ifadə etdi.

Daha sonra çıxış edən sərginin kuratoru Erve Mikaelof bildirmişdir ki, sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. O qeyd etmişdir ki, Azərbaycan incəsənətinin dərin tarixi kökləri var və belə tədbirlər onu dünyada daha yaxşı tanıtmağa xidmət edir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar sərgi ilə tanış olmuşlar.

Qonaqlar gənc rəssam Əli Həsənovun müəllifi olduğu performansı izləmişlər. Təqdimatın məğzi insan həyatından bəhs edir. Rəssam nümayiş etdirir ki, insan doğulandan ölənədək həyatın əziyyətlərinə qatlaşmalı olur.

Əlamətdar haldır ki, sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır. Londonda keçirilən sərgiyə fəal hazırlaşan Leyla Əliyevanın burada bir neçə əsəri təqdim edilir. Leyla Əliyevanın çəkdiyi müxtəlif nağıl qəhrəmanlarının illüstrasiyaları maraqla qarşılanmışdır. Onu da deyək ki, bu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək "Biri var idi, biri yox" nağıl kitabında istifadə ediləcəkdir. Leyla Əliyevanın müəllifi olduğu "Nar", "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə tamaşaçıların dərin marağına səbəb olmuşdur.

Sərgidə bir çox gənc rəssamlarla yanaşı, Aida Mahmudovanın əsəri də bənzərsizliyi və üslubu ilə tamaşaçıları özünə cəlb etmişdir. Bu əsər də ideyasının və təsvir üslubunun orijinallığı ilə seçilir.

Sərgidə tanınmış rəssamlar Altay Sadıqzadənin, Ənvər Əsgərovun, Mirnadir Zeynalovun, ümumiyyətlə, 21 müəllifin boyakarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video janrlarında bir-birindən maraqlı əsərləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə diqqət çəkir. Bir-birindən fərqli, avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqəti çəkir. Sərgiyə qatılanlar sırasında müxtəlif illərdə Venesiya Biennalesində ölkəmizi təmsil edən rəssamların həmçinin, xarici ölkələrdə yaşayan gənc rəssamların, həmçinin, əsərləri beynəlxalq nüfuzlu tədbirlərdə sərgilənən incəsənət adamlarının adları vardır. Sərgidə nümayiş olunan əsərlər bir daha sübut edir ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Son illərdə Azərbaycanda çox istedadlı gənclər yetişmişdir. Heç şübhəsiz ki, bunun təməlində ölkədə gənclərə göstərilən dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı çox sayda uğurlu layihələri də dayanır. Azərbaycan dünya incəsənətinə əvəzsiz töhfələr vermişdir. Ölkəmizin təbliği baxımından bu cür mərasimlərin təşkil edilməsi çox əlamətdar hadisə olmaqla yanaşı, həm də gənc azərbaycanlı rəssamların dünyaya tanıdılmasında da müstəsna rol oynayır. Şübhəsiz ki, bu sərgidə azərbaycanlı müəlliflərin işləri sərgiyə gələnlərin əksəriyyətində müxtəlif hisslər oyadaraq, insan qəlbinin ən incə tellərinə toxunur. Londonda keçirilən sərgiyə çox ciddi hazırlıq işləri görülüb. Çünki bu, miqyasına və mövzusuna görə çox böyük sərgidir.

Tədbir zamanı qonaqlara "Bakı" jurnalının ingilisdilli versiyasının növbəti sayı paylanmışdır.

Burada nümayiş olunan əsərlərə ilk gündən göstərilən böyük maraq deməyə əsas verir ki, yanvarın 17-dən 29-dək keçiriləcək sərgi uğurlu olacaq və London ictimaiyyəti arasında geniş əks-səda doğuracaq.

Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də onu nümayiş etdirdi ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara böyük diqqət göstərilir, ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm surətdə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır.

Beləliklə, İngiltərə paytaxtında təşkil edilən sərgi Azərbaycan mədəniyyətinin bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Londondan sonra bu cür sərgilərin Berlin, Paris, Roma, Nyu-York, Moskva, Bakı və digər şəhərlərdə keçirilməsi nəzərdə tutulur.

"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Loading Bars
Xəbər lenti
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Dillər Universitetində Çin arzusu Günü qeyd olunub
İpoteka və Kredit Zəmanət Fondunun məcmu aktivləri 2 milyard manata yaxınlaşır
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarını xatırladır
Bütün xəbərlər