...

İran və Rusiyanın əməkdaşlığı regionda sabitliyin təminatıdır - Milli Təhlükəsizlik Şurası

Siyasət Materials 19 Yanvar 2012 17:11 (UTC +04:00)
İran və Rusiyanın əməkdaşlığı regionda sabitliyin təminatı olacaq.
İran və Rusiyanın əməkdaşlığı regionda sabitliyin təminatıdır - Milli Təhlükəsizlik Şurası

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

İran və Rusiyanın əməkdaşlığı regionda sabitliyin təminatı olacaq. Bunu Rusiyanın rəsmi şəxsləri ilə ikitərəfli məsləhətləşmələri davam etdirmək üçün Moskvaya gələn İranın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri cümə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib. Bu barədə cümə axşamı Trend İranın Rusiyadakı səfirliyinin saytına istinadən məlumat verir.

Görüşdə Baqiri, həmçinin "altılıq"la danışıqların yeni raundunun keçirilməsində Rusiyanın rolu məsələsinə toxunub və qeyd edib ki, İran "təzyiq - danışıqlar" ikili strategiyasını səmərəsiz hesab edir və güman edir ki, "danışıqlar - əməkdaşlıq" strategiyası səmərəli və "heç-heçə nəticəsi" ilə yekunlaşa bilər.

ABŞ və bir sıra Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.

İranın nüvə alimələrinə qarşı yönəldilən terror aktlarına toxunan Baqiri bəyan edib ki, dünya ictimaiyyətinin rəyi bu hadisələrdə əsas günahkar kimi İranın nüvə fəaliyyətini dayandırmaq üçün istənilən metodlardan istifadənin mümkünlüyünü dəfələrlə bəyan edənləri hesab edir.

2012-ci ilin yanvarın əvvəlində Tehranda partlayış nəticəsində nüvə alimi Mustafa Əhmədi Rövşən ölüb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın BAEA ilə əməkdaşlığın davam etdirilməsinə yönəldilmiş kursunu müsbət qiymətləndirərək İranın regionda oynadığı səmərəli rolu qeyd edib.

Rusiya XİN rəhbəri regionda sabitliyin yaradılması məqsədilə Tehran və Moskva arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu deyib. "Altılıq"la danışıqların yeni raundu haqqında danışan Lavrov Moskvanın bu danışıqların uğurla aparılması üçün kömək göstərməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti