...

Bir qrup fransalı senator qondarma "soyqırım" haqqında qanun qəbul edilərsə, Konstitusiya Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 23 Yanvar 2012 13:58 (UTC +04:00)
Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti haqqında qanun layihəsi qəbul edələcəyi təqdirdə qanun layihəsinin əleyhinə çıxan senatorlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.
Bir qrup fransalı senator qondarma "soyqırım" haqqında qanun qəbul edilərsə, Konstitusiya Məhkəməsinə müraciət edəcək

Azərbaycan, Bakı, 23 yanvar /Trend müxbir A.Tağıyeva/

Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti haqqında qanun layihəsi qəbul edələcəyi təqdirdə qanun layihəsinin əleyhinə çıxan senatorlar Konstitusiya Məhkəməsinə müraciət edəcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi senator Natali Qule bəyan edib.

Qanun layihəsinin bu gün - yanvarın 23-də Senatda müzakirəyə çıxarılacağı gözlənilir.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.
Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar dekabrın əvvəlində Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Türkiyə XİN-in rəhbəri, öz növbəsində bəyan edib ki, Fransa Senatı qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edərsə, Ankara Fransaya qarşı sanksiyaları sərtləşdirəcək.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti