...

Avropa Şurasının insan hüquqları üzrə yeni kommissarı seçilib

Siyasət Materials 24 Yanvar 2012 21:21 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ikinci iş günündə niderlandlı Frans Timmermans AŞ-nin insan hüquqları üzrə yeni komissarı seçilib.
Avropa Şurasının insan hüquqları üzrə yeni kommissarı seçilib

Fransa, Strasburq, 24 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının ikinci iş günündə latviyalı Nils Müzienks AŞ-nin insan hüquqları üzrə yeni komissarı seçilib. O, vəzifəsinin icrasına bu il aprelin 1-dən başlayacaq.

Səsvermədə 239 deputatdan 120-si Latviya nümayəndəsi Nils Müzienksin namizədliyinin lehinə səs verib. Niderlandlı Frans Timmermans 92, belçikalı namizəd İv Mone isə 27 səs toplayıb.

Trend-in məlumatına görə, sözügedən posta müxtəlif ölkələr tərəfindən namizədlər təqdim edilmişdi. AŞ Nümayəndələr Komitəsinin 2011-ci il noyabrın 24-də keçirilən iclasında insan hüquqları üzrə komissar postuna irəli sürülmüş namizədlərlə bağlı səsvermə keçirilmiş və bunun nəticəsində ən çox səs toplamış 3 namizəddən ibarət siyahı AŞ PA-ya təqdim edilmişdi. Bu namizədlər Nils Müzienks (Latviya), Frans Timmermans (Niderland) və İv Mone (Belçika) olmuşdu.

Qeyd edək ki, bu posta ilkin mərhələdə 5 namizəd irəli sürülmüşdü.

İnsan hüquqları üzrə komissarının səlahiyyət müddəti altı ildir.

Prosedura görə, insan hüquqları üzrə komissar AŞ Nazirlər Komitəsinin təqdimatı əsasında, AŞ PA tərəfindən seçilir.

Xatırladaq ki, AŞ-nin İnsan hüquqları üzrə hazırkı komissarı Tomas Hammarberqin səlahiyyət müddəti 2012-ci ilin martın 31-də başa çatır. O, bu vəzifəyə AŞ PA-tərəfindən 2005-ci il oktyabrın 5-də seçilmiş və səlahiyyətlərinin icrasına 2006-ci il aprelin 1-də başlamışdı.

İnsan hüquqları üzrə komissar institutunu yaratmaq təşəbbüsü AŞ-nin dövlət və hökumət başçılarının 1997-ci ildə Strasburqda keçirilən zirvə toplantasında irəli srülüb. Bununla əlaqədar, Nazirlər Komitəsi 1999-cu ildə insan hüquqları üzrə komissar institutunun yaradılması və onun mandatının müəyyən edilməsinə dair qətnamə qəbul edib. AŞ-nin insan hüquqları üzrə ilk komissarı ispaniyalı Alvaro Jil-Robles olub (1999-2006).

Xəbər lenti

Xəbər lenti