...

Türkmənistanın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır (FOTO)

Siyasət Materials 26 Yanvar 2012 17:58 (UTC +04:00)
Cümə axşamı Bakıda Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fevralın 12-nə planlaşdırılan prezident seçkilərinə həsr edilmiş tədbir keçirilib.
Türkmənistanın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir V.Javoronkova/

Cümə axşamı Bakıda Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fevralın 12-nə planlaşdırılan prezident seçkilərinə həsr edilmiş tədbir keçirilib.

Seçkilərdə şəffaf demokratik səsvermənin təşkilinə kömək, eləcə də seçicilər üçün səsvermə prosesinin işıqlandırılmasına həsr edilmiş tədbirdə Türkmənistanın Azərbaycanda yaşayan vətəndaşları, o cümlədən Azərbaycanın ali məktəblərində təhsil alan tələbələri iştirak ediblər.

"Məlum olduğu kimi, demokratiyanın əsasında xalqın özünü idarəetməsi dayanır, buna görə də azad və alternativ dövlət seçkilərinin keçirilməsi prosesində Türkmənistan vətəndaşlarının xüsusi rolu var", - Trend-in məlumatına görə, bu barədə cümə axşamı tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov bildirib.

Onun sözlərinə görə, bugünkü yığıncağın məqsədi, ilk növbədə, seçkilərdə şəffaf demokratik səsvermənin təşkilinə kömək, eləcə də seçicilər üçün səsvermə prosesinin işıqlandırılmasıdır.

Səfir, həmçinin qeyd edib ki, Türkmənistan vətəndaşları seçki sisteminin əsaslarının ümumi qaydaları, Türkmənistan prezidenti seçkiləri haqqında qanun, seçkilərin keçirilmə qaydaları və təşkili ilə geniş məlumatlandırılıb.

"Türkmənistan Konstitusiyası, Türkmənistan prezidenti seçkiləri haqqında qanun, Türkmənistan prezidenti seçkilərinin keçirilmə qaydaları və diplomatik nümayəndəliklər yanında yaradılan seçki məntəqlərində səsvermənin təşkili haqqında qaydalar, eləcə də digər müvafiq normativ-hüquq sənədlər yüksək dövlət vəzifəsinə seçkilərin təşkili və hazırlanmasında Türkmənistan səfirliyinin hüquqi bazası və əsas tənzimləyici hissəsidir", - diplomat qeyd edib.

Türkmənistanda prezident seçkilərinin keçiriləcəyi rəsmi tarix fevralın 12-nə təyin edilib. Azərbaycandakı Türkmənistan vətəndaşlarının vaxtından əvvəl səsverməsi üçün seçki məntəqəsi fevralın 2-dən Bakı, Cəlil Məmmədquluzadə, ev 85, mənzil 266/266a ünvanı üzrə Türkmənistan səfirliyində açılacaq.

Türkmənistan Xarici İşlər Nazirliyinin təqdimatı üzrə və 2011-ci il dekabrın 6-da Türkmənistan vətəndaşları, səfirliyin əməkdaşlarının iştirakı ilə Bakıda baş tutan yığıncaq əsasında ölkənin bütün vətəndaşlarının azad səsvermə hüququnun olması üçün seçkilərin keçirilməsi və dünya standartlarına uyğun bütün şəraitin təmin edilməsi üzrə məntəqə seçki komissiyasının yaradılması haqqında qərar yekdilliklə qəbul edilib.

"Türkmənistan səfirliyindəki məntəqə seçki komissiyasının əsas vəzifəsi hər bir vətəndaşın seçkilərdə qanuni iştirak etmək hüququna və yüksək dövlət vəzifəsinə layiqili namizədi seçməyə malik olmasını izah etməkdir. Təbii ki, bunlar Türkmənistanın konstitusiya aktları ilə möhkəmlənib", - səfir qeyd edib.

Yığıncağın bəzi iştirakçılarına da söz verilib. Onlar həmvətənlərini qarşıdakı seçkilərdə fəal iştirak etməyə çağırıblar.

Müzakirələrdə, həmçinin çoxsaylı nailiyyətlərə, eləcə də Türkmənistanın iqtisadi inkişaf etmiş və sabit siyasi dövlətlər sıralasına daxil olmasına, xalqın dinc, xoşbəxt və çiçəklənən həyatının möhkəmlənməsinə kömək edən miqyaslı dəyişikliklərə toxunulub.

100-dən artıq insan səfirliyə müraciət edərək, seçkilərdə iştirak etmək istədiklərini bildiriblər. Bunlar tələbələr və Azərbaycanda müvəqqəti işləyən Türkmənistan vətəndaşlarıdır. Belə görüşlər vətəndaşların hüquqlarının izah edilməsi üçün universitetlərdə keçiriləcək.

Türkmənistan səfiri, həmçinin səfirliyin təşkil etdiyi seçki məntəqələrinə obyektiv səbəblər üzündən gələ bilməyənlər üçün yerlərdə səsvermənin təşkili imkanını qeyd edib.

Xəbər lenti

Xəbər lenti