...

Davosda Azərbaycan və Polşa prezidentlərinin görüşü olub

Siyasət Materials 27 Yanvar 2012 13:43 (UTC +04:00)
Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olub
Davosda Azərbaycan və Polşa prezidentlərinin görüşü olub

Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan və Polşa prezidentlərinin müxtəlif tədbirlərdə mütəmadi görüşlərinin bu münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulandı.

Görüşdə Azərbaycan ilə Polşa arasında bir sıra sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən enerji sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti