...

Azərbaycan Parlamentinin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı təsdiq olunub

Siyasət Materials 30 Yanvar 2012 14:15 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı təsdiq olunub.
Azərbaycan Parlamentinin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı təsdiq olunub

Azərbaycan, Bakı, 30 yanvar /Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı təsdiq olunub.

Trend-in məlumatına görə, yaz sessiyasında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Bələdiyyələrin hesabatları haqqında", "Təhsil krediti haqqında", "Ekoloji ekspertiza haqqında", "Qiymətləndirmə fəaliyyəti haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Ali təhsil haqqında", "Elm siyasəti haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlətqayğısı haqqında", "Pasientin hüquqları haqqında", "Mədəniyyət haqqında" qanun layihələri, həmçinin "Şəhərsalma və tikinti", "Rəqabət" məcəllələri müzakirə olunacaq.

Sessiya zamanı Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə olunacaq.

Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə bildirib ki, parlament təsdiq olunmuş planla kifayətlənməyəcək və Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrini müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti