...

Abdullah Gül: Ümid edirəm ki, Fansa məhkəməsi doğru qərar verəcək

Siyasət Materials 31 Yanvar 2012 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend müxbir A.Tağıyeva/

Türkiyə Prezidenti Abdulllah Gül fransalı senatorların qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplamasına münasibət bildirirək, Fransa məhkəməsinin doğru qərar verəcəyinə ümid etdiyini deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" tekekanalı xəbər verib.

"Ümid edirəm ki, Fansa məhkəməsi doğru qərar verəcək", - Türkiyə Prezidenti bildirib. Gül onu da qeyd edib ki, fransızların öz ölkələrini qeyri-ciddi vəziyyətə salacağı inanılmazdır.

Bu gün fransalı senatorlar qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğv edilməsi tələbi üçün lazımi sayda imza toplayıblar.

Senatorlar lazım olan 60 imza əvəzinə 70 imza toplayıblar və bu gün Konstitusiya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti